آزربایجان میلی دیرنیش تشکیلاتی نین قارا یانوار فاجعه سی له باغلی باش ساغلیق ساوی – تورکجه/Türkcə

0

سون ایکی عصیرده آزربایجان تورک میلتی، وطنیمیزین گونئیی و قوزئیینده میلی حاکمیت و اؤز مقدراتینا حاکم اولماق مباریزه سی اوغروندا آغیر بدللر اؤده‌میش و مینلرجه وطن ائولادینی قوربان وئرمیشدیر. یالنیز اؤده‌نن بو بدللر و وئریلن قوربانلار ملتیمیزین میلی کیملیگینین قوامی و جوؤهری اولموش و بوگونکی آزربایجان تورک میلتینین واحید بیر بیلینج ایله تاریخ صحنه‌سینده وار اولماسینا، قوزئیده کی استقلالیمیزا و گونئیده کی شانلی مجادیله‌میزه دانیلماز تأثیرینی بوراخمیشدیر.

شوبهه‌سیز چاغداش آزربایجان تاریخینین ان آجی اما عئینی زاماندا ان شانلی صحیفه‌لریندن بیری ده قارا یانوار اولایی دیر.

قارا یانوار حادثه‌سینده، ۱۹۹۰٫ ایلده وطنیمیزین قوزئی حیصه‌سینده کی میلتیمیز آجیماسیز روس امپریالیزمین قارشیندا استقلال مجادله‌سی وئررکن، روس قیزیل اوردوسو باکی دا و باشقا شهرلرده الی یالین ملتیمیزین اوستونه یوگوررک ۱۴۶ انسانیمیزی شهید ائتمیش، ۷۴۴ سویداشیمیزی ایسه یارالامیشدیر. میلتیمیزین یادداشینا قازیلان بو حادثه، ملی اؤزگورلوک ساواشینی داها دا قیزغینلاشدیرمیش و بو شانلی مجادله‌نی استقلالا قدر آپارمیشدیر.

آزربایجانیمیزین قوزئینده استقلالین یئنیدن الده ائدیلمه سوره‌جینده، قارا یانوار، قاراباغ و باشقا شهید و غازی‌لریمیز، آتا-بابا تورپاقلاریمیزی قانلا سوواراراق آنا وطنی قورویوب اوچ رنگلی بایراغیمیزین سون سوزا دک دالغالانماسینی ملتمیمیزه ارمغان ائتمیشلر.

قارا یانوارین ۲۸٫ ایل دؤنومونده، آزربایجان تورک میلتی‌نین میلی حاکمیتی و بوتؤولوگو یولوندا جانینی و قانینی اسیرگه‌مه‌ین بوتون شهید و غازی‌لریمیزین قارشیسیندا سایغی ایله باش اگیریک.

سون سوز استقلال و ملی حاکیمیت دیله‌گی ایله

آزربایجان میلی دیرنیش تشکیلاتی

تبریز – ۲۰/۰۱/۲۰۱۸

 

 

Qara Yanvar Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşlilatının Baısağlığı Savı

Son iki əsirdə Azərbaycan Türk Milləti vətənimizin güneyi və quzeyində milli hakimiyyət və öz müqəddəratına hakim olmaq mübarizəsi uğrunda ağır bədəllər ödəmiş və minlərcə vətən övladını qurban vermişdir. Yalnız ödənən bu bədəllər və verilən qurbanlar millətimizin milli kimliyinin qəvamı və cövhəri olmuş və bugünkü Azərbaycan Türk Millətinin vahid bir bilinc ilə tarix səhnəsində var olmasına, quzeydəki istiqlalımıza və güneydəki şanlı mücadiləmizə danılmaz təsirini buraxmışdır.

Şübhəsiz çağdaş Azərbaycan tarixinin ən acı ama eyni zamanda ən şanlı səhifələrindən biri də Qara Yanvar olayıdır.

Qara Yanvar hadisəsində, ۱۹۹۰-ci ildə vətənimizin quzey hissəsindəki millətimiz acımasız Rus İmperyası qarşısında istiqlal mücadiləsi verərkən, Rus Qızıl Ordusu Bakı və başqa şəhərlərdə əli yalın millətimizin üstünə yügürərək 146 insanımızı şəhid etmiş, ۷۴۴ soydaşımızı isə yaralamışdır. Millətimizin yaddaşına qazılan bu hadisə milli özgürlük savaşını daha da qızğınlaşdırmış və bu şanlı mücadiləni istiqlala qədər aparmışdır.

Azərbaycanımızın quzeyində istiqlaliyyətin yenidən əldə edilməsi sürəcində Qara Yanvar, Qarabağ və başqa şəhid və ğazilərimiz, ata-baba torpaqlarımızı qanla suvararaq vətənimiz olaraq qalmasını və üç rəngli bayrağımızın sonsuza dək dalğalanmasını millətimizə ərməğan etmişlər.

Qara Yanvarın 28-ci il dönümündə, Azərbaycan Türk Millətinin milli hakimiyyəti və bütövlüyü yolunda canını və qanını əsirgəməyən bütün şəhid və ğazilərimizin qarşısında sayğı ilə baş əyirik.

Sonsuz İstiqlal və milli hakimiyyət diləyi ilə

Azərbaycan Milli Dirəniş Təşkilatı
Təbriz – ۲۰/۰۱/۲۰۱۸

اشتراک:

نظر خود را بیان کنید

Time limit is exhausted. Please reload the CAPTCHA.